Lionel Messinin gələcəyinə aydınlıq gəlib.

Heç yerə getmir, "Barselona"da qalır!

Offsideplus.az xəbər verir ki, bu barədə PSJ - "Barselona" matçından sonra "Cadena Ser" radiosunun əməkdaşı Xose Antonio Ponseti məlumat verib. Həmkarımız ulduz futbolçu haqda bunları deyib: "Dominikan Respublikasında Xulio İqleseasın evində yığıncaq təşkil olunacaq. Xorxe Messi də iştirakçılardan biri olmalıydı. Oğlunun gələcəyi ilə bağlı danışıqlarda birbaşa iştirak etmək istəyirdi. Lakin Xuan Laportanın prezident seçilməsindən sonra hər şey alt-üst oldu. Laporta seçilməsəydi, ata Messi təklifləri nəzərdən keçirməkdə həvəsli idi. 

İndiki vəziyyət isə belədir: Messi "Barselona"da daha 2 mövsüm keçirib, 2023-un yayında "İnter Mayami"yə yollanacaq. Çünki həmin vaxt Deyvid Bekhem yolunu gözləyəcək".

Qeyd edək ki, Leonun "Barselona" ilə müqaviləsinin müddəti bu yay başa çatır. Daha öncə onun PSJ-yə keçəcəyi deyilirdi.