"Barselona" Serxi Robertonun ardınca daha bir futbolçunun satılmasına qərar verir.
Offsideplus.az "The Guardian"a istinadən xəbər verir ki, Filipp Koutinyonu heyətində görmək istəyən klublar artıq indidən İspaniya nəhənginin "qapısını döyə bilər". Serxiyə 60 milyon avro qiymət qoyan rəhbərliyin Koutinyonu hansı qiymətə satmağa hazır olduğu haqda bilgi verilmir.
Qeyd edək ki, əsas heyətdə möhkəmlənməkdə çətinlik çəkən braziliyallının katalonlarla müqaviləsinin müddəti 2023-cü ilin yayına qədərdir. Ünlü "transfermarkt" saytı 28 yaşlı yarımmüdafiəçini 50 milyon avro dəyərində qiymətləndirir. "Barselona" Filippi 2018-ci ildə "Liverpul"dan 140 milyon avroya transfer etmişdi.