"Real"ın direktoru Emilio Butragenyo "Atletiko" ilə heç-heçə başa çatan (1:1) matçla bağlı danışıb.
Offsideplus.az xəbər verir ki, klub rəsmisi "Movistar+"in efirində penalti epizodu ilə bağlı narazılığını dilə gətirib: "Bu, penalti idi. Buna "həlledici müdaxilə" deyirlər. VAR-ın faydası da işə yaramadı, yekunda xeyrimizə penalti verilmədi. Növbəti dəfə Ernandeslə (hakim Alexandro Ernandes - red.) bəxtimiz gətirmədi.
Oyuna gəlincə, Oblak olmasaydı, qələbə qazanacaqdıq. Xüsusən ikinci hissə möhtəşəm idi".
Qeyd edək ki, ilk hissə sonlarına yaxın "Atletiko"nun cərimə meydançasında top Felipenin əlinə dəysə də, baş hakim "nöqtə"ni göstərməmişdi.