"Real" La Liqanın 25-ci turunu heç-heçə başa vurdu. Madriddə "Real Sosyedad"la keçirilən görüş heç-heçə başa çatdı - 1:1.
Hesabda geri düşən madridliləri məğlubiyyətdən Vinisius Junior qurtardı.
Offsideplus.az xəbər verir ki, gənc futbolçu yubiley oyununda özünə hədiyyə etmiş oldu. Belə ki, bu, Vinisiusun Madrid təmsilçisində keçirdiyi 100-cü oyun idi. Bununla da adını tarixə yazdırmış oldu. Belə ki, 2000-ci ildən sonra doğulan futbolçulardan heç kim Vinisius qədər oyun keçirməyib.
Qeyd edək ki, cari mövsümdə 31 matça çıxan braziliyalı vinger 4 qol vurub, 3 qolun ötürməsini verib.