Mikel Arteta yayda "Barselona"nın "sükanı" arxasına keçə bilər.
Offsideplus.az RAC1-ə istinadla xəbər verir ki, hazırda "Arsenal"ı çalışdıran mütəxəssis Xuan Laportanın bəyəndiyi məşqçilərdəndir. Odur ki, martın 7-də keçiriləcək prezident seçkilərində Laporta yenidən kluba rəhbər seçilsə, yayda Ronald Kumanı Arteta əvəzləyəcək.
Qeyd edək ki, namizədlər arasında Laportadan başqa Viktor Fontla Toni Freyşanın da adı var.