"Real"dakı zədə durumu yavaş-yavaş "azalmağa" başlayır.
Offsideplus.az xəbər verir ki, şənbə günü baş tutan məşq toplanışında Marselo, Fede Valverde, Rodriqo və Alvaro Odriozola iştirak edib. Geriyə yalnız 5 zədəli futbolçu qalıb: Serxio Ramos, Eden Hazard, Kərim Benzema, Dani Karvahal və Eder Militao.
Bu "5-lik"dən ilk qayıdan futbolçu Benzema ola bilər. Fransız hücumçu martın 7-də "Atletiko"yla baş tutacaq oyuna çıxmağa hazırlaşır.