Serxio Buskets "Barselona"da yubiley matçına çıxıb. 

 

Offsideplus.az xəbər verir ki, "Kadiz"lə oyun 32 yaşlı yarımmüdafiəçi üçün "Barsa" formasında La Liqada 400-cü görüş (ümumilikdə 611) kimi yadda qalıb. İndi Buskets keçirdiyi oyun sayına görə "Barselona" tarixində dördüncü futbolçudur.  

Qeyd edək ki, Kataloniya təmsilçisinin formasında ən çox oyun keçirən Xavidir (çempionat - 505, ümumi 767). İkinci sırada Lionel Messi (506, 761), üçüncü pillədə isə İnyestadır (442, 674).