“Barselona” klubunun argentinalı ulduzu Lionel Messi yeni rekorda imza atıb.

Offsideplus.az xəbər verir ki, 34 yaşlı futbolçu buna İspaniya La Liqasının 24-cü turu çərçivəsində keçirilən “Kadiz”lə ev oyununda nail olub. 

Belə ki, Messi, Kataloniya klubunun heyətində La Liqada ən çox matça çıxan futbolçuya çevrilib. 1:1 hesabıyla bitən qarşılaşma Messinin karyerasında 506-cı La Liqa matçı olub.

O, bu göstərici üzrə Xavinin əvvəlki rekordunu qırıb