Lionel Messinin meydana çıxdığı az qala hər oyun yubileylərlə yadda qalır.

Offsideplus.az xəbər verir ki, ölkə kubokunda dünən baş tutan "Sevilya" ilə oyun argentinalı ulduz üçün növbəti əlamətdar rəqəmlə fərqlənib. Belə ki, bu, "10 nömrə"nin karyerasında 900-cu oyun olub. Messi bu qədər oyunda 722 qol vurub, 303 məhsuldar ötürməyə imza atıb.

Qeyd edək ki, statistik rəqəmlər məşhur futbolçunun Argentina millisi və "Barselona"dakı çıxışlarına uyğun cəmlənib.