İspaniya La Liqasının 22-ci turunda "Atletiko" "Selta"nı qəbul edib.

Offsideplus.az xəbər verir ki, Madrid təmsilçisində Luis Suarez dubl etsə də, komanda qələbə qazana bilməyib. Matç 2:2 hesabıyla başa çatıb. Bununla da komandanın 8 oyunluq məğlubiyyətsizlik seriyası qırılıb.
"Atletiko" - "Selta" 2:2 (S.Mina, 13. F.Ferreyra, 90. - L.Suarez, 45+1. 51.)

Qeyd edək ki, “Atletiko” 20 oyunda 51 xal toplayaraq, turnir cədvəlinin birinci pilləsində qərarlaşıb. Turnir cədvəlində ikinci və üçüncü yerləri tutan “Real” və “Barselona”nın aktivində 43 xal var.