"Real" "Xetafe" ilə oyun öncəsi heyət kasadlığından əziyyət çəkir.
Offsideplus.az "Marca"ya istinadla xəbər verir ki, La Liqanın 1-ci turundan təxirə salınmış qarşılaşmada madridlilərin 9 futbolçusu iştirak etməyəcək. Bunlar Serxio Ramos, Daniel Karvahal, Lukas Vaskes, Alvaro Odriosola, Eder Militao, Federiko Valverde, Eden Hazard, Rodriqo və Toni Kroosdur. Biri xəstədir, digəri zədəli, bir başqasının cəzası var...
Odur ki, Zinəddin Zidanın sərəncamında əsas komandadan cəmi 14 futbolçu qalıb.
Qeyd edək ki, "Real" - "Xetafe" matçı fevralın 9-da keçiriləcək.