Kral Kubokunun yarımfinalına yüksələn "Barselona" ötən gecə çətin "Qranada" səfərindən (3:5) qalib ayrıldı.
Offsideplus.az xəbər verir ki, Katalon klubu Frenki De Yonqun qolu, Antuan Qrizman və Jordi Albanın dublları ilə qələbə qazanıb. Lionel Messi görüşdə fərqlənməsə də, ilk qolun ötürməsini verən şəxs olub. Bundan əlavə, argentinalı 155 toxunuşdan 86-nı dəqiq yerinə yetirib ki, bunlardan 10-u açar ötürmə sayılıb.
Qeyd edək ki, bir müddət öncə "Goal" nəşrinə açıqlamasında Messi qol vurmaqla əvvəlki kimi maraqlanmadığını və əsas hədəfinin komandaya lazımi töhfələr vermək olduğunu açıqlamışdı.
33 yaşlı hücumçunun rəqib müdafiəsini pərən-pərən saldığı həmin görüntüləri təqdim edirik: