"Benfika" icarə əsadında "Barselona"dan aldığı futbolçusu Jan-Kler Todiboya komandanı tərk etməyə izin vermir.

Offsideplus.az Sport-a istinadən xəbər verir ki, 21 yaşlı müdafiəçi ilə Fransanın "Nitsa" klubu yaxından maraqlanır. Todibo da heyətdə az oyuna çıxdığı üçün klubla müqaviləsinə xitam verib, icarə əsasında Fransa təmsilçisinə yollanmaq istəyir.

Lakin Portuqaliya klubu futbolçunu göndərmək fikrində deyil. Belə ki, "Benfika" onun əvəzinə Lukas Verissimonu gətirməmiş Todibo ilə müqaviləyə xitam verməyi düşünmür.

Qeyd edək ki, Jan-Kler Todibonun "Benfika" ilə anlaşması mövsümün sonunda başa çatır.