İspaniya La Liqasının 21-ci turunda "Real" doğma meydanda "Levante"ni qəbul edib.
Offsideplus.az xəbər verir ki, matçın əvvəlləri Madrid təmsilçisi üçün heç də yaxşı başlamayıb. 9-cu dəqiqədə Eder Militao birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. 13-cü dəqiqədə Marko Asensio hesabı açsa da, bir qədər sonra rəqib cavab qolunu vurub. 64-cü dəqiqədə qazanılan penalti zərbəsini yerinə yetirə bilməyən Rocer Marti sonradan səhvini düzəldərək komandasını önə çıxardıb: 1:2.
Bu məğlubiyyət "Kral klubu"nun bu mövsüm göstərdiyi ən pis oyunlardan biri olub.
Qeyd edək ki, "Real" turnir cədvəlində 40 xalla ikinci pillədədir. Sabah Bakı vaxtı ilə saat 00:00-da başlayacaq oyunda "Barselona" qalib gələrsə ikinci pilləyə yüksələcək.
Oyunun geniş icmalını təqdim edirik:
"Real Madrid" - "Levante" 1:2 (M.Asensio, 13. - X.Morales, 32. R.Marti, 78.)