İspaniyanın "Real Madrid" klubu futbolçusu Luka Modriçlə yeni müqavilə imzalayacaq.

Offsideplus.az xəbər verir ki, Madrid təmsilçisinin direktoru Emilio Butragenyo "Marca"ya açıqlamasında 36 yaşlı yarımmüdafiəçinin "kral klubu"nda çıxışını davam etdirəcəyini bildirib. Müqavilənin müddəti ilə bağlı məlumat verilməyib.

Qeyd edək ki, Luka Modriçin "Real Madrid"lə sözləşməsi yayda başa çatır. Xorvatiyalı oyunçu 2012-ci ildən paytaxt klubunun formasını geyinir.