Bu yaxınlarda rəhbərliyə "Real"dan ayrılmaq istəyini bildirən Martin Odeqard bir neçə klubun hədəfindədir.
Offsideplus.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 22 yaşlı norveçli ilə İspaniyanın "Real Sosyedad" və "Sevilya" klubları maraqlanır. Belə ki, Əndəlüs təmsilçisi Odeqardı icarə əsasında transfer etməyi düşünərsə, "Real Sosyedad" keçmiş futbolçusunu heyətinə qatmaq istəyir.
Bundan əlavə "Arsenal" da gənc yarımmüdafiəçini istəyir. "Topçular"ın baş məşqçisi Mikel Artetanın norveçli futbolçunun oyununu bəyəndiyi bildirilir.
Qeyd edək ki, Martin Odeqard çox az şans qazanması səbəbindən "Kral klubu"ndan onu yenidən icarəyə vermələrini tələb edib.