"Real Madrid"in sabiq hücumçusu Raul Qonzales virusa yoluxub.

Offsideplus.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 44 yaşlı futbol əfsanəsinin COVİD-19 testi pozitiv nəticə verib. Koronavirusa yoluxduğu aşkarlanan Raul dərhal karantinə alınıb. 

Qeyd edək ki, Raul Qonzales hazırda "Kral klubu"nun ikinci komandası olan "Kastilya"ya baş məşqçilik edir.