İspaniyanın “Barselona” klubu Erik Qarsiyanın transferindən imtina edib.
Offsideplus.az xəbər verir ki, La Liqa təmsilçisi İngiltərə “Mançester Siti”sində çıxış edən müdafiəçini bu qış heyətinə qatmaq fikrindən daşınıb.
Rəhbərlik onu yayda azad agent kimi heyətinə qatmağa üstünlük verib.
Qeyd edək ki, “Barselona” müdafiəçi ilə şəxsi müqavilənin detallarını öncədən razılaşdırıb.