"Barselona" "Mançester Siti"nin futbolçusu Erik Qarsiyanı transfer etməyi planlaşdırır.

Offsideplus.az Sports-a istinadən xəbər verir ki, Katalon klubu 20 yaşlı müdafiəçi ilə artıq danışıqlara başlayıb. Müzakirələrin yaxşı getdiyi və "Barselona"nın Qarsiya ilə anlaşdığı bildirilir. 

Bu ay rəsmi müqavilə imzalanmazsa, İspaniya nəhəngi iyun ayında bir daha danışıqlara başlayacaq.