"Real Madrid" futbolçusu Luka Yoviçi keçmiş klubuna göndərib.

Offsideplus.az xəbər verir ki, "Kral klubu"nun 23 yaşlı hücumçusu icarə əsasında "Aytraxt" klubuna transfer olub. Bu barədə Bundesliqa klubunun rəsmi hesabında məlumat yayılıb.

Qeyd edək ki, Luka Yoviç ötən mövsüm "Real" formasında çıxdığı 8 oyunda 2 qol vurub, 1 məhsuldar ötürmə verib.