Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) son 10 ilin ən yaxşı oyun qurucusunu açıqlayıb.
Offsideplus.az xəbər verir ki, bu göstəricidə İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messi seçilib. Qalib müəyyənləşdirərkən əvvəlki illərin göstəricilərini də nəzərə alıb.
"Barselona"nın sabiq futbolçusu və hazırda Yaponiyanın "Vissel Kobe" klubunda oynayan Andres İnyesta ikinci, "Real Madrid"in yarımmüdafiəçi Luka Modriç isə üçüncü pillədə qərarlaşıb