Futbol dünyasının ən baxımlı çempionatlarından biri olan İspaniya La Liqası ötən həftə bir çox hadisələrlə yadda qaldı.

Offsideplus.az La Liqa-ya istinadən arxada qoyduğumuz həftənin turnir nəticələrini, yeni baş məşqçi təyinatları, zədə yenilikləri, əlamətdar oyunlar və bir çox hadisələri diqqətinizə çatdırır:

 Ötən həftənin bazar günü "Qranada" ilə qarşılaşan "Eybar" mövsümdə ilk dəfə doğma meydanda qələbə qazanıb. La Liqa klubları arasında indiyə qədər, ev oyununda qalib gələ bilməyən "Eybar" arzusunu reallaşdırıb. 19 yaşlı gənc ulduz Brayn Qilin vurduğu qollaarla qələbə qazanan "Eybar" rəqib üzərində 2:0 hesablı zəfərə sevinib.

Bryan Gil (SD Eibar).jpg

 

Argentinalı ulduz Lionel Messi "Barselona" ilə 500-cü oyununa çıxdı. "Hueska" ilə baş tutan matçda bu göstəriciyə yiyələnən 33 yaşlı hücumçu oyunda fərqlənməyi bacarıb. Belə ki, Messi "Barselona"nın yeganə qolunun müəllifi Frenki De Yonqa məhsuldar ötürmə verərək yadda qalıb.

Lionel Messi (FC Barcelona).jpg

 

 "Elçe"nin hücumçusu Nino ötən həftə Messidən daha çox oyuna çıxaraq adını futbol tarixinə yazdırıb. Belə ki, ümumilikdə 700-cü oyununa çıxan 40 yaşlı futbolçu La Liqada 129, İkinci Diviziyada 571 matçda iştirak edərək İspaniya futbolu tarixinə düşüb.

Fernando Niño (Villarreal CF).jpg

 

 "Eybar"a qarşı oyunda zədələnən Filip Koutinyo uğurlu əməliyyat keçirdi. Sağ dizindən əməliyyat olunan braziliyalı futbolçu 3 ay müddətinə yaşıl meydanlardan uzaq qalmalı olacaq.

Philippe Coutinho (FC Barcelona).JPG

 

İspaniya futbolunda hər kəs təcili əməliyyat keçirməsi ilə nəticələnən qəza keçirən Eusebio Sakristana şəfalar diləyir. Belə ağır dönəmdən çoxlarının duaları 56 yaşlı mütəxəssis və ailəsiylə birlikdədir.

Sakristan "Selta", "Real Sosyedad", "Girona" kimi komandalara rəhbərlik edib.

Former Girona, Real Sociedad and Celta coach Eusebio.jpeg

 

"Atletik"in yeni baş məşqçisi Marselino komandanın başına keçib. Bilbao təmsilçisi Marselino Qarsiya Toralla 2022-ci ilin yayınadək müqavilə imzalayıb.

55 yaşlı mütəxəssis bu vəzifədə istefaya göndərilən Qaiska Qaritanonu əvəzləyib.

Qeyd edək ki, M.Q.Toral daha əvvəl İspaniyanın "Valensiya", "Vilyarreal", "Sevilya", "Rasinq", "Saraqosa", "Rekreativo", "Sportinq" və "Lealtade" komandalarını çalışdırıb.

New Athletic Club coach Marcelino.jpeg