"Real Madrid"in klubunun hücumçusu Kərim Benzema məhkəmə qarşısına çıxacaq.
Offsideplus.az Le Parisien-ə istinadən xəbər verir ki, 34 yaşlı futbolçu Yunanıstan təmsilçisi "Olimpiakos"da forma geyinən Matyö Valbuenanı şantaj etməkdə ittiham olunur.
Belə ki, iddialara görə, Benzema 2015-ci ildə Valbuenanı intim videosunun yayılmamasından ötrü şantajçılara pul ödəməyə təhrik edib. Lakin Valbuena şantaj barədə polislərə xəbər verib.
Qeyd edək ki, qalmaqal səbəbindən hər iki oyunçu Fransa millisinin 2016-cı il Avropa çempionatına aparılan heyətindən kənarlaşdırılıb. Benzema o vaxtdan yığmaya dəvət almır.
Kərim Benzema Fransa millisi ilə çıxdığı 81 oyunda 21 qol vurub.