“Barselona” yarımmüdafiəçisi Karles Alena ilə bağlı qərarını verib.
Offsideplus.az xəbər verir ki, “Qalatasaray”ın da maraq dairəsində olan 23 yaşlı futbolçu İspaniyada qalmağı üstün tutub.
Kataloniya təmsilçisi onu La Liqanın digər klubu “Xetafe”yə icarəyə verib. Alena mövsümün sonuna qədər icarə əsasında “Xetafe”nin formasını geyinəcək.
Qeyd edək ki, Karles Alena cari mövsüm La Liqada 2 oyun keçirib.