"Real" qış fasiləsində 3 futbolçusunu satmağa hazırlaşır.
Koronavirusun yaratdığı çətinliklər "Kral klubu"ndan da yan keçməyib deyə, rəhbərlik xərclərə qənaət etmək niyyətindədir.
Offsideplus.az "Mundo Deportivo"ya istinadla xəbər verir ki, Madrid təmsilçisi əsas heyət üzvü sayılmayan 3 futbolçudan qurtulmaq niyyətindədir. Bunlar İsko, Alvaro Odriosola və Luka Yoviçdir. Hər 3 futbolçunun satılması qərara alınıb.
İsko özü komandanı tərk etmək niyyətindədir. Daim oynayacağı kollektivin parçası olmaq istəyir. "Yuventus", "Napoli", "Mançester Siti" kimi klublar İsko üçün növbəyə düzülüb. Satış qiyməti 50 milyon avrodur.
Odriosola "Bavariya"ya satıla bilər, almanlar transferə görə pul ödəmək istəməsələr, icarə müqaviləsi imzalana bilər.
Yoviç isə yenidən "Ayntraxt"a qayıtmaq istəyir.