Lionel Messi karyerasını davam etdirdikcə rekordları yeniləməkdə davam edir.
15-ci turda "Valyadolid"lə qarşılaşmada "Barselona"da vurduğu qolların sayını 644-ə çatdıran argentinalı ulduz bununla da əfsanəvi Pelenin "Santos"dakı 643 topluq rekordunu yeniləmişdi.
Offsideplus.az xəbər verir ki, "Barsa"nın kapitanı bu dəfə də diqqətləri üzərinə çəkməyi bacarıb. O, 17-ci turda, "Hueska" ilə matçda karyerası ərzində verdiyi məhsuldar ötürmələrin sayını 300-ə çatdırıb. Kataloniya təmsilçisinin heyətində 750 oyunda 260 dəfə assist edən "10 nömrə" Argentina millisində 142 qarşılaşmada 40 dəfə qol ötürməsi ilə yadda qalıb.
Yeri gəlmişkən, "Hueska" ilə görüş Messinin La Liqada 500-cü oyunu olub.