"Real Madrid" xorvatiyalı ulduzu Luka Modriç ilə razılığa gəlib.

Offsideplus.az Marca-ya istinadən xəbər verir ki, "Kral klubu" dəyərli futbolçusu ilə müqavilənin müddətini bir illiyinə uzadıb. 35 yaşlı hücumameyilli futbolçuya başqa klublardan təkliflər gəlsə də, maaşının azaldılmasına razı olaraq "Real"da qalmağı seçib. 

Qeyd edək ki, 2012-ci ildən bəri "Real"da çıxış edən Luka Modriç 363 oyuna çıxaraq 25 qol vurub, 53 məhsuldar ötürmə verib.