"Qranada" ilə oyunda zədələnən Rodriqo Qoesin durumuna aydınlıq gəlib.
Offsideplus.az klubun rəsmi saytına istinadla xəbər verir ki, braziliyalı yarımmüdafiəçinin sağ ayaq əzələsində zədə aşkarlanıb. Yerli mətbuat 19 yaşlı oyunçunun təxminən 3 ay yaşıl meydanlardan uzaq qalacağını yazıb.
Qeyd edək ki, cari mövsümdə La Liqada 11 oyuna çıxan Rodriqo qol vurmasa da, 4 məhsuldar ötürmə ilə yadda qalıb.