İspaniyanın "Real Sosyedad" klubu baş məşqçisi İmanol Alquasillə müqavilənin müddətini uzadıb.
Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssisin yeni sözləşməsi 2023-cü ilə qədər nəzərdə tutulub.
İmanol Alquasil 2018-ci ildən "Real Sosyedad"ın baş məşqçisidir.
Qeyd edək ki, komanda cari mövsüm turnir cədvəlində 26 xalla 3-cü pillədə qərarlaşıb.