“Atletiko” İspaniya La Liqasının 15-ci turu çərçivəsində “Real Sosyedad”ı 2:0 hesabı ilə məğlub edib.

Offsideplus.az xəbər verir ki, bu qələbə Madrid təmsilçisinin baş məşqçisi Dieqo Simeone üçün əlamətdar olub.
Simeone “Atletiko”nun “sükanı arxasında” 300-cü qələbəyə sevinib. 
Simeone 500-dən az oyunda (499 matç) 300 qələbəyə sevinən ikinci mütəxəssis olub. Daha əvvəl “Real”ın sabiq çalışdırıcısı Miçel Munos 500-dən az oyunda 300 qələbəni bayram edib.