Madrid “Real”ının hücumçusu Kərim Benzema İspaniya çempionatının ən yaxşı oyunçusu seçilib.

Offsideplus.az xəbər verir ki, “Marca”nın versiyasına görə İspaniya çempionatında 2019/20 mövsümünün ən yaxşı oyunçusu elan edilib.
“Real” ötən mövsüm 87 xalla İspaniya çempionu olmuşdu. Fransız futbolçu isə La Liqa çərçivəsində 37 matçda iştirak edərək, 21 qol vurub, 8 məhsuldar ötürmə etmişdi.
Xatırladaq ki, 2009-cu ildən yalnız hücumçu Lionel Messi və Kristiano Ronaldo mövsümün ən yaxşı oyunçuları kimi tanınırdılar.