Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Albasete” İspaniya kubokunda 1/64 final mərhələsində mübarizəni dayandırıb.

Offsideplus.az xəbər verir ki,  onun komandası səfərdə “Kordoba”ya minimal hesabla (0:1) uduzaraq turnirlə vidalaşıb.
Eddi start heyətdə meydana çıxıb və 77-ci dəqiqədə əvəzlənib. Millimizin üzvü 35-ci dəqiqədə sarı vərəqə alıb.