İspaniyanın "Barselona" klubunda prezident seçkisi 24 yanvar 2021-ci ildə keçiriləcək.

Offsideplus.az klubun saytına istinadən xəbər verir ki, imza toplanılma prosesi 23 dekabr - 11 yanvarda olacaq. 

14 dekabra nəzərdə tutulan idarəetmə komissiyasının iclasında seçki proseduru təsdiqlənəcək və 16 oktyabrda rəsmən elan veriləcək.

Qeyd edək ki, seçki kampaniyası 15 - 22 yanvarda keçiriləcək.