İspaniya "Real"ı PSJ-nin hücumçusu Kilian Mbappeni və "Borussiya"nın hücumçusu Erlinq Holandı komandada görmək istəyir.

Offsideplus.az AS nəşrinə istinadən xəbər verir ki, "kral klubu" 2021-ci ildə Mbappenin, 2022-ci ildə isə Holandın keçidini rəsmiləşdirməyə hazırlaşır.

Mbappe PSJ-yə 2017-ci ilin yayında "Monako"dan, Erlinq Holand isə "Borussiya"ya 2020-ci ilin yanvarında  Avstriya klubu "RB Zalsburq"dan qoşulub.

Qeyd edək ki, hazırda PSJ-nin Mbappe ilə yeni müqavilə barədə danışıq apardığı barədə məlumatlar yayılıb.