Dünən baş tutan "Atletiko" - "Barselona" oyunu qonaqlar üçün heç də xoş olmayıb.
Offsideplus.az Diario Spoart-a istinadən xəbər verir ki, 10 ildən sonra ilk dəfə "Atletiko Madrid"ə uduzmasından əlavə, Katalon klubunun müdafiəçisi Jerard Pike xəsarət alıb. Rəqib oyunçu Anhel Korrera ilə toqquşaraq dizini zədələyən ispaniyalının vəziyyəti çox ciddidir. Belə ki, 33 yaşlı ulduz 4-6 ay yaşıl meydanlardan uzaq qala bilər.
Xatırladaq ki, iki həftə öncə "Barsa"nın gənc futbolçusu Ansu Fati də dizindən zədələnib və ən azı mart ayına qədər oynamayacaq.