"Real Madrid" yay transfer dönəmində Kilian Mbappe transferi üçün Vinisius Junioru verməyə hazırdır.

Offsideplus.az OK Diaro-ya istinadən xəbər verir ki, Kral klubu rəhbərliyi baş məşqçi Zinədin Zidandan bu dəyişiklik üçün fikrini soruşub. Fransız mütəxəssis isə qarşılığında müsbət cavab verib. 

Transfer marketində böyük dəyərə sahib olan Mbappenin "Real"a keçidi Vinisius Junior + 95 milyon avro dəyərində baş tuta bilər.