"Everton"un baş məşqçisi Karlo Ançelotti "Real"ın yarımmüdafiəçisini heyətində görmək istəyir.
Offsideplus.az OK Diaro-ya istinadən xəbər verir ki, Ançelotti əvvəllər baş məşqçilik etdiyi sabiq futbolçusu İsko ilə maraqlanır. "Real Madrid" futbolçusunu 20 milyon avroya sata biləcəyini düşünür.
28 yaşlı ispaniyalı Santiyaqo Bernabeu-da xoşbəxt olsa da, klub onun performansından razı deyil. Bu səbəbdən Kral Klubu gələn transfer təkliflərini dinləməyə hazırdır.