İspaniyanın “Selta” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Offsideplus.az  klubun saytına istinadən xəbər verir ki, komandanı bundan sonra Eduardo Kude çalışdıracaq. La Liqa klubu 46 yaşlı mütəxəssislə 2022-ci ilin yayınadək nəzərdə tutulan müqavilə imzalayıb.
“Selta” bir neçə gün əvvəl baş məşqçisi Oskar Qarsiyanı istefaya göndərmişdi.
Qeyd edək ki, “Selta” hazırda 7 xalla 17-ci pillədə qərarlaşıb.