Futbol üzrə İspaniya 2-ci liqasında 8-ci turunda “Albasete” də növbəti matçına çıxıb.

Offsideplus.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi kollektiv doğma meydanda “Rayo Valyekano” ilə qarşılaşmadan qələbə ilə ayrılıb - 2:1.

Start heyətdə meydana çıxan E. İsrafilov 47-ci dəqiqədə komandasının ikinci qolunu vurub.

“Albasete” 8 turdan sonra 8 xalla 22 iştirakçı arasında 16-cı pillədədir.