Bu gün İsrail çempionatının V turu çərçivəsində "Makkabi" "Hapoel"i qəbul edəcək.

Offsideplus.az israelhayom.co.il saytına istinadən xəbər verir ki, oyundan öncə "Makkabi"nin baş məşqçisi Yorqos Donis keçirəcəkləri oyun barədə danışıb. 

Yunanıstanlı mütəxəssis cəza səbəbindən Avropa Liqasının qrup mərhələsində qarşılaşdıqları "Qarabağ"la matç zaman (1:0) texniki zonada yer almaması məsələsinə də toxunub. 51 yaşlı baş məşqçi oyunu kənardan izləməyin onun üçün çətin olduğunu vurğulayıb:

"Bəzən kənardan baxanda müəyyən üstünlüklər olur. Amma oyunçuların məşqçinin yaxınlığını hiss etmələri vacibdir. Bu baxımdan çətin oldu. Lakin önəmli olan qələbə qazanmağımızdır".