Dünən baş tutan "Barselona" - "Real Madrid" matçının tarixi rekordları bitmək bilmir. Bu dəfə isə bir əsrdən çox tarixi rekord qırılıb.

Offsideplus.az xəbər verir ki, "Barselona"lı Serxino Dest "El-Klasiko"da çıxış edən ilk amerikalı futbolçu olub. 118 ildən sonra rekorda imza atan 19 yaşlı futbolçu bunun üçün çox xoşbəxt olduğunu, lakin məğlubiyyətə görə məyusluğunu ifadə edib. 

Qeyd edək ki, Destin atası amerikalı, anası isə niderlandlıdır. Niderland millisinin üzvü olan Serxino, həmçinin "Barselona"nın əsas heyətinə düşən ilk amerikalı futbolçudur.