Luka Yoviç həbs oluna bilər. Bu barədə ТАНЮГ agentliyi məlumat yayıb.

Offsideplus.az adıçəkilən mənbəyə istinadən xəbər verir ki, "Real"ın hücumçusu Serbiyada türməyə salına bilər. Buna səbəb 22 yaşlı futbolçunun bu ilin yazında ölkəsində sərt kərantin rejiminin qaydalarını pozmasıdır. Belə ki, martın 19-da legioner həyatı yaşadığı İspaniyadan vətəni Serbiyaya qayıdan Yoviç 4 həftə karantində "yatmalıymış". Lakin o buna məhəl qoymayıb, Belqrad küçələrində görüntülənib. Səbəbkar məsələyə aydınlıq gətirəndə qadağalardan xəbərsiz olduğunu deyərək, dükana gedib-qayıtdığını söyləyib. 

İndi onu üç növ cəza metodu gözləyir: pul cəriməsi, ev dustaqlığı, 6 aydan 3 ilə qədər azadlıqdan məhrum edilmə. 

Mənbə Yoviçin məlum qayda pozuntusuna görə dövlətə 30 min avro ödədiyini qeyd edərək, bu faktın cəzanın yüngülləşməsində əlverişli ola biləcəyini göstərib.