Sabah UEFA Çempionlar Liqası üzrə "Barselona" və "Ferentsvaroş" komandaları qarşılaşacaq.
Offsideplus.az xəbər verir ki, "Barselona"nın baş məşqçisi Ronald Kuman komandanın Çempionlar Liqası, "El-Klassiko" və sabah "Ferentsvaroş" ilə baş tutacaq matçdan söz açıb.
"İlk qrup mərhələsi oyununu qazanmaq həmişə vacibdir, xüsusən də əgər ev oyunudursa. Çətin bir matç olacaq, çünki bu günlərdə asan bir rəqib deyə bir şey yoxdur. La Liqada və ya beynəlxalq turnirdə olmağımız fərq etməz, "Barselona"nı təmsil ediriksə, kubok qazanmalıyıq. Təbii ki, tam olaraq favorit deyilik, lakin uzun yol qət edəcəyimizə əminəm".
"Sabahkı oyuna gəlincə, Ansu Fati və Pedri əsas heyətdə ola bilər. Mən onlardan razıyam. "Ferentsvaroş"a qarşı oyun asan deyil, buna görə də "Real Madrid"ə qarşı oyuna görə heç kim dincəlməyəcək. Düzdür, o oyun da vacibdir, amma sabahkı oyunda qələbə qazanmaq üçün ən güclü heyət oynayacaq", - deyə 57 yaşlı mütəxəssis qeyd edib.