Dünən "Atletiko Madrid" "Selta" ilə qarşılaşaraq 2:0 hesabı ilə qalib gəlib.
Offsideplus.az xəbər verir ki, matç zamanı Madrid klubunun yeni transferi Luis Suares də fərqlənib. La Liqada çıxdığı 195 oyunda 150-ci qolunu vurmaqla Suares sabiq komanda yoldaşı Lionel Messinin rekordunu ötüb və ikinci olub.
Qeyd edək ki, uruqvaylı futbolçu qolların sayına görə Kriştiano Ronaldodan bir pillə geridə qalıb.