"Barselona"nı bu il tərk edən Luis Suarezin çıxış etdiyi "9" nömrəli formanın yeni sahibi artıq məlumdur.

Offsideplus.az xəbər verir ki, danimarkalı futbolçu Martin Breytueyt Kataloniya klubunun yeni "9" nömrəsi olacaq. Bu barədə klubun rəsmi saytı paylaşım edib.

Qeyd edək ki, Lionel Messinin klubdan ayrılacağı ilə bağlı söz-söhbətlər dönəmində Martinin "10" nömrəli formanı istədiyi iddia olunurdu.

 

martin braithwaite barcelona 2019 20 15bm9ipsaxo3j1n9fv3qu2wxal