Bu gün baş tutan "Barselona" ilə vida mərasimində Luis Suarez açıq şəkildə duyğusallaşıb və göz yaşlarını saxlaya bilməyib.

Offsideplus.az xəbər verir ki, uruqvaylı futbolçunun "Barselona"nı tərk etməyi artıq qətidir və bu səbəbdən bu gün mətbuat konfransı baş tutub.

Ulduz oyunçu azarkeşlərə və ona dəstək olan hər kəsə minnətdarlığını bildirib.

"Bütün azarkeşlərə mənə dəstək olduqları üçün təşəkkür edirəm. Həmçinin mənə dəstək olan komandama və klub rəhbərliyinə minnətdaram, bu mənim üçün çox vacibdir. Mənimlə qalın. Harada olmağımdan asılı olmayaraq həmişə "Barsa"lı qalacam".