"Barselona"nın uruqvaylı ulduzu Luis Suaresin komandadan ayrılacağı dəqiqləşib.

Offsideplus.az xəbər verir ki, təcrübəli hücumçu Kataloniya klubu ilə vidalaşıb. Suares bu gün klubun bazasına gedərək, komanda yoldaşları ilə sağollaşıb.

Suaresin azad agent kimi “Atletiko”ya qoşulacağı gözlənilir.