“Barselona” hücumçusu Luis Suarezi komandadan göndərmək istəsə də oyunçu ilə ortaq razılığa gələ bilmir.
Offsideplus.az xəbər verir ki, 33 yaşlı hücumçunun “Yuventus” heyətinə qatılmağı mümkündür. Lakin Suarezin “Barselona” ilə müqaviləsinə xitam verilməsi gözlənilir.
Təcrübəli forvard klubdan ayrılacağı halda maaşının bir hissəsini (15 milyon avro) tələb edir. "Barselona" rəhbərliyi isə Suarezə heç bir ödəniş etmək istəmir.
Klub və futbolçu arasında ortaq razılığa gəlinməsə, Suarez gələn mövsümə kimi "Barselona" ilə müqaviləsinin bitməsini gözləməli olacaq.