"Real Madrid"in Bazar günü baş tutacaq "Real Sosseydad"a qarşı matçına hazırlıq məşqləri bu gündən başlayıb.
Offsideplus.az xəbər verir ki, Qaret Beyl və Eden Hazard zədələri səbəbindən məşqlərə idamn zalından davam edirlər. Lukas Vasges, Luka Yoviç, Martin Odeqard da məşqlərə qatıla bilməyənlər arasındadır.
Zinədin Zidan üçün müsbət xəbərlərdən biri Marko Asensionun yaşıl meydanlara qayıtması və "Real Sosseyda"la oyuna tam hazır olmasıdır.