“Liverpul”un futbolçusu Corcinyo Veynaldum gələcək karyerası ilə bağlı qərarını verib.
Offsideplus.az xəbər verir ki, Niderlandlı futbolçu komandanın baş məşqçisi Yurgen Kloppla görüşüb və “Liverpul”da qalmağa qərar verib. Premyer Liqa təmsilçisinin yarımmüdafiəçiyə yeni müqavilə təklif edəcəyi gözlənilir.
Veynaldumla “Barselona” klubu yaxından maraqlanırdı. Niderland millisinin də üzvü olan futbolçunun “Liverpul”dakı müqaviləsi 2021-ci ilin yayına qədərdir.